İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.03.2018  12:24 

Təlimlər erməniləri panikaya saldı – “Müharibəyə hazır deyilik”





A+  A-

Azərbaycan ordsunun martın 12-də başladığı genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olub.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 25 min hərbçinin, zirehli texnika, artilleriya sistemi və aviasiyanın iştirak etdiyi təlimlər erməni ekspertləri tərəfindən də maraqla izlənilir.

“Azərbaycan hərbi təlimlərə əsas arsenalını – T-90, T-72 tanklarını, “Smerç” reaktiv yaylım atəşi sistemlərini və s. cəlb edib. Narahat edici məqam bu texnikanın növləri deyil, onların sayı ilə bağlıdır”-deyə “Yeni Müdafiə Siffarişi. Strategiyalar” jurnalının şef-redaktoru Leonid Nersisyan deyib.

Ekspertin fikrincə, hərbi təlimlər yeni müharibənin başlanmasına səbəb olmasa da, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artmasına gətirib çıxaracaq.

“Müntəzəm və geniş miqyaslı təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətini artıracaq. Münaqişə həll olunmadıqca, hərbi əməliyyatların yenidən başlanması riski qalacaq. Ona görə Ermənistan bu çox arzuolunmaz müharibə riskinə hazır olmalıdır. Amma təəssüf ki, müharibəyə hazır deyilik”.

Hərbi analitik Samvel Ağababyan isə Azərbaycanın bu il keçirdiyi hərbi təlimlərdə geniş hərbi arsenaldan istifadə etdiyini deyib.

“Azərbaycan Müdafiə Nazirliyi son illər ərzində ilk dəfə olaraq təlimlərdə düşmən hücumunun qarşısının alınması və müdafiə xəttinin bərpa olunması ilə bağlı təlimlər keçirib. Təlimlərdə Mi-24 döyüş helikopterləri, Su-25 və MiQ-29 qırıcıları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Sand Cat” zirehli avtomobilləri və s. iştirak edir”.

Daha bir hərbi ekspert Taron Ovanisyan isə Azərbaycan ordusunun istifadə etdiyi İsrail silahlarına diqqət çəkib.

“İsrail istehsalı olan “Lynx” artilleriya sistenləri, Mi-35 və Mi-8/17 helikopterləri, həmçinin, müasir radioelektron mübarizə vasitələrindən istifadə Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksək olmasından xəbər verir”.

Xəbər 1010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +