İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.03.2018  23:37 

Təhsil İdarəsi valideynlərin suallarını cavablandırdı





A+  A-

Fevralın 22-dən martın 2-dək paytaxt məktəblərində birinci sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində müvafiq suallara cavab verilib.
BŞTİ-dən XəzərNews.az-a verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılıb.

BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, altı yaşı tamam olmayan uşaqların birinci sinfə qəbulu, mikroərazi prinsipi tətbiq olunan məktəblər, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların elektron sistem tərəfindən avtomatik birinci sinfə keçirilməsi, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, fevralın 22-dən 2018-2019-cu tədris ili üçün BŞTİ-nin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində birinci sinfə şagirdlərin online qeydiyyatı başlanıb. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələri üzrə uşaqların qeydiyyatı isə martın 12-də başlanacaq. Uşaqların birinci sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Martın 2-nə (saat 17:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 35.000-dən çox sorğu yerləşdirilib.

Xəbər 869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +