İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.02.2018  11:26 

Azərbaycanda işə piyada gedən nazir kimdir?





A+  A-

Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan istehsalı olan "NAZ-Lifan” markalı xidməti avtomobildən istifadə etməsi cəmiyyətdə maraqla qarşılanıb. Bildirilir ki, M.Cabbarov həftənin bəzi günlərində xidmətində olan "NAZ-Lifan” markalı Azərbaycan istehsalı maşından da istifadə edir.
Bir müddət öncə Prezident İlham Əliyevin də Naxçıvan Avtomobil Zavodunun istehsası olan maşınlardan rəsmi qurumların istifadəsini tövsiyə etməsi M.Cabbarovun məntiqi izahı kimi qəbul olunur. Ancaq heç də bütün nazirlərimiz və ya nazirliklərimizdəki xidməti avtomobillər NAZ maşınlarına üstünlük vermir. Hətta Vergilər nazirliyinin özündə belə nazirin bu addımı onun müavinləri və idarə rəisləri üçün nümunə olmayıb.

Görəsən, digər nazirlər və müavinləri hansı xidməti avtomobillərdən istifadə edirlər?

XəzərNews.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir Hüseyn Bağırov adətən işə piyada gedib- gəlir. Yalnız tədbirlər zamanı BMV markalı xidməti maşından istifadə edir.



Qeyd edək ki, H.Bağırovun illərdir işə adətən piyada gedib gəlməsi və onu ən yaxşı halda köməkçisinin müşayiət etməsini Bakı sakinləri də hər zaman müşahidə edir.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, nazirliyin aparatında yalnız nazir və nazir müavinlərinin istifadəsində xidməti avtomobillər mövcuddur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMV, nazir müavinləri isə "Nissan” markalı avtomobillərdən istifadə edir.

Bir həftədən artıqdır digər nazirliklərə göndərilən sorğuya isə cavab verilməyib.

Xatırladaq ki, nazir və nazir müavinlərinin böyük əksəriyyətinin xidməti maşını BMV və "Mersedes” markalı avtomobillərdir.

Xəbər 1496 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +