İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.01.2018  09:06 

Xəbərdarlıq - Hər on uşaqdan biri ölə bilər





A+  A-

Əgər qızılca əleyhinə peyvənd edilməzsə hər 10 uşaqdan biri ölə bilər.
XəzərNews.az XəzərXəbər-ə istinadən məlumat verir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatı valideynlərə xəbərdarlıq edib. Xüsusilə 5 yaşınadak uşaqlarda bu epidemiyaya yoluxmaq riski yüksəkdir.

Mütəxəssislər bildirir ki, əgər qızılca əleyhinə peyvənd edilməyən uşaqların sayı çox olarsa, bu epidemiya sürətli yayıla və uşaqların sağlamlığına ciddi zərər vura bilər.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hər il qızılcadan təxminən 150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu, uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Valideynlər bir neçə əlamətə diqqət etməklə uşağın qızılcaya yoluxub-yoluxmadığını aşkar edə bilərlər.

Onu da qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yanvarın 1-dən etibarən uşaqların sürətlə qızılcaya yoluxması baş verib. Bu isə şəhərdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına isə qadağa qoyulub.


Xəbər 1153 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +