İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2017  18:56 

Sumqayıt Baş Gömrük İdarəsinin nöqsanları açıqlandı - Rəsmi





A+  A-

Hesablama Palatası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində həyata keçirdiyi auditin nəticələrini açıqlayıb.
XəzərNews.az qurumun saytına istinadən xəbər verir ki, bununla bağlı məlumat "Hesablama Palatası haqqında” qanuna əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası əsasında açıqlanıb.

Məlumatda deyilir ki, audit nəticəsində Sumqayıt Baş Gömrük İdarəsində aparılmış auditlə proqnozların icrasında kəsirlərin yaranması, bəzi hallarda birbaşa dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin Dövlət Xəzinədarlığının müvafiq depozit hesabına ödənilərək həmin hesabdan gömrük orqanının ödəniş tapşırıqları ilə dövlət büdcəsinə müvafiq hesabat dövrləri ərzində tam köçürülməməsi, eləcə də idxal-ixrac əməliyyatları çərçivəsində müxtəlif parametrlər üzrə göstəricilərin fərqlənməsi şəraitində bəyannaməçilərin dövlət büdcəsinə istər artıq ödəmə, istərsə də borc məbləğlərinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində əks etdirilməsi üzə çıxıb.

Eyni zamanda məlum olub ki, idxal əməliyyatları üzrə gömrük prosedurlarının tətbiq olunmasında, gömrük dəyərinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı müddətlərin gözlənilməsində müəyyən kənarlaşma hallarına yol verilib, idxal-ixrac əməliyyatları çərçivəsində həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə bəyannaməçilərdən tutulan gömrük yığımlarına qanunvericiliklə müəyyən edilmədiyi halda əlavə dəyər vergisi tətbiq edilib.

Hesablama Palatasının Kollegiyası nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə DGK-ya və Sumqayıt Baş Gömrük İdarəsinə qəbul etdiyi qərarın surətini göndərib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edib.

Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +