İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.11.2017  22:37 

İki gəminin toqquşmasında 12 nəfər itkin düşdü





A+  A-

Çində iki yük gəmisi toqquşub.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Quandun vilayətinin sahil sularında baş verib.

Məlumata görə, 2 yük gəmisinin toqquşması nəticəsində yaranan qəzada 12 nəfər ekipaj üzvü itkin düşüb.

Məlumata görə, 5 min ton qum daşıyan gəmi təxminən bir o qədər də poladla yüklənmiş digər gəmi ilə toqquşandan sonra batıb. Batan gəmidən 2 ekipaj üzvü, habelə digər gəmidən 11 nəfər xilas edilib.

Hazırda itkin düşən ekipaj üzvlərinin axtarışları davam etdirilir. Axtarış işlərinə 30 xilasetmə gəmisi, bir helikopter və bir neçə digər növ gəmi cəlb olunub.

Xəbər 818 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +