İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.11.2017  10:25 

Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni AÇIQLAMA





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq həm də eks-nazirin köməkçisi olmuş, polkovnik-leytenant Vüqar Mahmudov MTN-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Noyabrın 4-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov həmin iş üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq, ifadəsi alınıb.

Bəzi məlumatlara görə, bu, Eldar Mahmudovun həbsinə hazırlıq prosesinin tərkib hissəsidir.

XəzərNews.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a deyib ki, cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Vüqar Mahmudov həm də Eldar Mahmudovun əmisi oğludur.

Xəbər 2400 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +