İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


06.11.2017  12:25 

Bakıda oğru şəbəkəsi zərərsizləşdirildi





A+  A-

Noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlanıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.

Telefon oğurlamaqda şübhəli bilindiyinə görə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulan Elman Ələkbərovun ətrafında Qaradağ RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust ayının 28-dən sentyabr ayının 14-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 10 mobil telefon oğurlaması da müəyyən edilib.

Noyabrın 1-də paytaxt sakini C.Vəliyevin “Hyundai” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Temirov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Onun sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 9 avtomobildən mobil telefon və planşet oğurlaması da müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 22-də rayon sakini olan bir qadının mənzilindən 600 manat, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əziz Rzazadə tutulub.

Oktyabrın 30-da Şəki şəhərində yaşayan Gəncə şəhər sakini E.Musayevin evindən mobil telefon oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Şahmar Mahmudov Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki evlərdən birindən daha bir mobil telefon oğurlaması da müəyyən edilib.

Xəbər 1058 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +