Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


30.09.2017  13:27 

Arvadını qardaşına qısqanıb başını kəsdi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Belə ki, 2017-ci ilin mayında Quba rayonun Güləzi kəndində yaşayan M.Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.

O ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib: “Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nəsə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.

Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da arxamca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.

Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm”.

Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq baltayla zərbələr vurur. Bu anı isə qızları 6 yaşlı Aybəniz də görür, dərhal evə qaçır.

Mərhum Ulduz Ələsgərovanın atası Aydın Eyyubov deyib ki, hadisədən 2 ay əvvəl qızı tez-tez ağlayırmış: “Onların 3 övladı var idi, kiçik oğlum ora gedəndə bir neçə dəfə Ulduzun ağladığını görüb. Şeyda Rusiyadan gələndən sonra o evdə çox mübahisələr olurdu. Şeyda mülk davası edirdi”.

M.Ələsgərovun arvadı ilə yaxın münasibətdə olmaqda ittiham etdiyi Şeyda Ələsgərov bunu təkzib edib: “Mən Ulduzla ata-bala kimi idim. Amma Muradla anası mənimlə yola getmirdi. Onlara deyirdim ki, evi dağıtmayın, elə bilirdilər onları evdən çıxaracağam. Murada qardaş kimi nəsihət verirdim, qəbul etmirdi. Ulduzun da qayınanası ilə arası yaxşı deyildi. Mən heç vaxt Ulduzla tək qalmamışam, Muradın da onu niyə öldürdüyünü bilmirəm”.

Xəbər 995 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +