İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.09.2017  15:12 

Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib





A+  A-

Baş Prokurorluq sayta xəbərdarlıq edib.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla “Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq sensasiya yaratmaq naminə C.Hacıyevdən müsahibə alınaraq ictimailəşdirilməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə cinayət prosesinin iştirakçılarının hüquq və qanuni mənafelərini pozmaqla bu qəbildən olan qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər 1089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +