İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.08.2017  13:54 

Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu





A+  A-

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında səngiyən soyuq müharibə yenidən alovlanıb.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı yenicag.az-a açıqlama verən Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib:

"Kamran Həsənli elə bilməsin ki, bu iş unudulub. Xeyr, yaxın vaxtlarda mətbuat konfransı keçirib, baş verənləri ictimaiyyətə çatdıracağıq. Kamran Həsənlinin himayədarları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, xeyri olmayacaq. Necə ola bilər ki, beş min manat faizə görə kimsə cəzalandırılır, amma yüz min manat ortada batır? Hələ də pul geri qaytarılmayıb. Əsas odur ki, Kamranla bacısı Gülər xanımın ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlar heç yerə gedə bilməzlər".

Vəkil onu da bildirib ki, bu məsələ ilə bağlı heç bir istintaq işi aparılmayıb. İş yenidən Nərimanov Rayon Polis İdarəsinə qaytarılıb.

Xatırladaq ki, Samir Piriyev teleaparı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul bu günə qədər sahibinə qaytarılmayıb.

Xəbər 1105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +