İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.08.2017  21:37 

6 günlük Mələyin qətli ilə bağlı yeni faktlar - Anası 4 dəfə aborta məcbur edilib





A+  A-

Lənkəranda 6 günlük Mələyin nənəsi tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
XəzərNews.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 4 il əvvəl qız övladı dünyaya gələn Vəliyə Nurullayeva daha sonra bətnindəki körpələrin cinsiyyəti məlum olan kimi onları abort etdirib. Bəlli olub ki, V.Nurullayeva ilk övladı dünyaya gələndən sonra hamilə olduğu 4 qızı ailə üzvlərinin təkidi ilə abort etdirib. Sonuncu hamiləlikdə isə həkimlər ona nəticələri gec deyib və abortu məsləhət bilməyiblər. Bu səbəbdən də Mələk normal hamiləliyin yekununda dünyaya gəlib və anadan olandan 6 gün sonra nənəsi Atifə Nurullayeva tərəfindən öldürülərək quyuya atılıb.

Cinayətin körpənin nənəsi, həm də evin gəlini olan Vəliyənin xalası olan Atifə Nurullayeva tərəfindən törədilməsi ilə bağlı şübhələr isə hadisə ilə bağlı məlumat ictimailəşən gündən əsas istiqamətə çevrilib. Hüquq-mühafizə orqanlarının rəhbərliklərinin xüsusi nəzarətində olan cinayətin üstünün açılması ilə bağlı körpənin atası Şaiq Nurullayev və nənəsi Atifə Nurullayeva saxlanılıb. Onlar iki gün polis şöbəsində saxlanılıblar və nəhayət, A.Nurullayeva onunla aparılan söhbətlərin nəticəsində törətdiyi əməli etiraf edib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının ətraflı məlumat yayacağı gözlənilir.

Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib.

Xəbər 755 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +