İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.07.2017  13:54 

“Prezident bu dəfə məni bağışlamadı...” - Oğluna görə işdən çıxarılan general





A+  A-

Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən çıxarılan general Novruzəli Orucov həbs edilən oğlunun hərəkətlərinə görə özünü qınayıb.
XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında general oğlu Rüstəm Orucovun hərəkətlərinə münasibət bildirib:
“Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm, günü 2 manat pula işləyirdim ki, başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birincə dəfə cənab Prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı. Oğlum paraşutdan tullanma üzrə dünya rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək olmamalı idi oldu... Polis akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxardılar”.

N. Orucov oğlunun əməllərinə görə peşman olduğunu da qeyd edib:

“Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam, dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.


Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, generalın oğlu Rüstəm Orucov 2017-ci il iyulun 3-də sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Rüstəm Orucov general Novruzəli Orucovun ikinci oğludur. Novruzəli Orucov ötən gün Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Novruzəli Orucov 2007-2012-ci illərdə Könüllü Hərbi Vətənpərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsində çalışıb.
13 mart 2010-cu ildə ona general-mayor hərbi rütbəsi verilib.
2012-ci ilin may ayından dünənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini idi.

Xəbər 749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +