İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.06.2017  09:56 

Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!





A+  A-

İyunun əvvəlindən qarpızdan zəhərlənmə şikayəti ilə xəstəxanalara 4 müraciət daxil olub. Sonuncu hadisə dünən, iyunun 27-də Tovuzda qeydə alınıb - 64 yaşlı rayon sakini Rəşad Alıyev qarpızdan zəhərlənib. Ümumiyyətlə, son illər qarpızdan zəhərlənmə halları artmaqdadır. Əksər hallarda bu cür zəhərlənmələr ölümlə nəticələnir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, zəhərlənmələri tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti mövsümdə digər məhsullar kimi qarpızı da yoxlayır, məhsulun üzərində kimyəvi və toksikoloji müayinələr aparır. Qəribədir ki, hər dəfə də qarpızda toksiki birləşmələr, nitrat və pestisid qalıqlarının norma həddində olduğu bildirilir.

Bəs qarpızdan zəhərlənmə hansı hallarda baş verir? Hazırda satışda olan qarpızlar yoxlanılıbmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda satışda olan qarpızlardan zəhərlənmə ehtimalının yüksək olduğunu iddia edir. Hətta məhsulda dərmanların miqdarı normadan dəfələrlə artıq olduğundan ölüm təhlükəsi də var. “Təşkilatımızın mütəxəssisləri, hər il olduğu kimi, bu il də bazarda monitorinq keçirib. Satışda olan qarpızlarda nitratın miqdarı normadan 300-500 dəfə artıqdır”, - E.Hüseynov deyib.

Hüquq müdafiəçisi qarpızın tərkibinin xüsusi cihazla yoxlanıldığını, bu cihaz vasitəsilə dərmanların miqdarının müəyyənləşdirməyin mümkün olduğunu əlavə edib: “Qarpızın tərkibindəki nitratın miqdarı hər kiloqrama görə norma ilə 60 milliqram olmalıdır. Bazarlarda apardığımız monitorinq isə göstərir ki, satışda olan qarpızların tərkibində nitratın miqdarı 200-250 milliqramdan artıqdır. Təbii ki, bu da zəhərlənmə ehtimalını artırır”.

Həkim İradə Məmmədova isə deyir ki, təbii yetişdirilmiş qarpızdan da zəhərlənmə mümkündür. “Zəhərlənmə diaqnozu ilə gələnlərin əksəriyyəti qarpız yediyini söyləyir, halbuki zəhərlənmə qarpızdan əvvəl qəbul edilmiş qidadan da ola bilər. Sadəcə olaraq, qarpız zəhərlənmə prosesini sürətləndirir”.

Qarpızdan zəhərlənmənin əlamətlərindən danışan həkim deyib ki, bu zaman həzm prosesinin pozulması, qusma, qan təzyiqinin enməsi, soyuq tər basması müşahidə edilir. “Əgər botulizm varsa, bu hal ölümə gətirib çıxara bilər. Buna görə də, zəhərlənmə əlamətləri baş verən kimi həkimə müraciət edilməlidir. Həkimə vaxtında müraciət edilməməsi xəstənin ağırlaşmasına səbəb olur”.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, hazırda əksər bölgələrdə qarpız yetişdirilir. Lakin Sabirabad, Saatlı və Abşeronda becərilən “Cəfərxan”, “Qalaktika”, “Krimson svit” sortları daha məşhurdur.

Xəbər 1053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +