İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.06.2017  09:46 

Ölkəmizdə yay fəsli başladı





A+  A-

Azərbaycan ərazisində yay fəsli başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata görə, bul martın 20-də Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunub.
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yayın gəlişi ilə Azərbaycan ərazisində gündüz ən uzun, gecə isə ən qısa vaxta çatıb. Bir neçə gündən sonra isə gündüz qısalmağa, gecə uzanmağa başlayacaq ki, həmin proses nəticəsində də 21 sentyabr tarixində gecə-gündüz bərabərliyi baş verəcək.
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə yaz gecə-gündüz bərabərliyi (21 mart), bir dəfə isə payız gecə-gündüz bərabərliyi (21 sentyabr) baş verir.

Xəbər 1218 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +