İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.06.2017  19:12 

“Cəbhədəki vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür”





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar vəziyyəti şərh edib.
XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XəzərNews.az-a bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib: “15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üt olur.

ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib”.

O vurğulayıb ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hal-hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

Xəbər 1099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +