İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.06.2017  13:38 

Ermənistan Vaşinqtonda Rusiya maraqlarını yeridir – “Wasington Times”





A+  A-

Ermənistan Moskvanın dəstəyi qarşılığında onun maraqları daxilində çıxış edir.
XəzərNews.az xəbər verir ki, bu barədə İsrailin Beqit Sadat Mərkəzinin və Bar İlan Universitetinin əməkdaşı Aleksandr Murison “The Washington Times” qəzetindəki məqaləsində yazıb.

“Rusiyanın MDB məkanındakı ən asılı vassalı Ermənistanın ABŞ-da güclü etnik lobbisi mövcuddur. Əvvəllər daha çox “erməni soyqırımı” və Qarabağ münaqişəsi ilə bağlı mövqe sərgiləyən erməni lobbisi son illərdə Rusiyanın maraqlarını gücləndirməyə xidmət edir”- deyə müəllif yazır.

Murisonun fikrincə, Rusiyanın siyasi və hərbi yardımı olmadan mövcudluğu sual altında olan Yerevan buna görə Konqresdəki dostlarından Moskvanın xeyrinə istifadə etməyə çalışır.

Rusiya Dumasının Müdafiə Məsələləri üzrə keçmiş komitə sədri Aleksey Arbatov Rusiya ilə Ermənistan arasındakı münasibətləri klassik hərbi-siyasi alyans adlandırıb.

“Ermənistan Rusiyasız regionda sağ qala bilməz amma Ermənistansız Rusiya da Qafqazda son mövqelərini itirəcək. Ermənistan kiçik ölkə olsa da, Cənubi Qafqazdakı forpostumuzdur. Bizim üçün Ermənisrtan ABŞ üçün İsrailin daşıdığı önəmdən daha vacibdir” –deyə Arbatov deyib.

Murison isə Ermənistanın region üçün törətdiyi təhlükələrdən danışıb.
“Vaşinqtondakı ictimai düşüncə mərkəzləri Ermənistanın Rusiyanın vassalı olduğunu, Kremlin geogiyasi və geostrateji maraqlarına xidmət etdiyini unudur. Yerevanın diplomatik və hərbi doktrinası Rusiya ilə əməkdaşlığı əsas prioritet kimi qəbul edir. Yaxın Şərqdə və Avropada dəyişkən siyasət yürüdən Rusiyanın dostlarının ABŞ-ın dostu sayılması indiki şəraitdə məntiqli deyil”.

Murisonun fikrincə, Ermənistana hərbi və maliyyə yardımının ayrılması, bu ölkənin Vaşinqtonun dostlarından biri sayılması ölkənin milli maraqlarına cavab vermir.


Xəbər 1294 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +