İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.06.2017  14:46 

Azad iqtisadi zonanın yaradılması Azərbaycana nə verəcək?





A+  A-

Prezident İlham Əliyevin Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncamına əsasən, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində xüsusi iqtisadi zona yaradılır.
Sərəncama əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə 11 nəfərdən ibarət işçi qrup formalaşdırılıb.
İşçi qrupa taşırılıb ki, azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Prezidentə təqdim etsin; Azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər versin.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib ki, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqqında Prezident sərəncamı investorların ölkəmizə marağının artmasında müstəsna əhəmiyyətə malikdir:

“Həmçinin, yeni xarici investisiyaların cəlb edilməsində, ölkəmizin iqtisadi potensialından səmərəli istifadə edilməsində, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsində, iqtisadi və ticarət əlaqələrimizin genişləndirilməsində və əhalinin məşğulluğuna müsbət təsir edə bilər”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanması və daha çox Dubay modeli üzərində dayanılmasına gəlincə, parlament üzvü bunları deyib:

“Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin real nəticələri göstərəcək ki, beynəlxalq praktikadan məlum olan hansı modelə daha çox üstünlük verilib və gerçəkdən reallaşdırıllmağa başlayıb”.

(modern.az)

Xəbər 926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +