İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.06.2017  11:57 

Qarabağda rus qoşunları var?





A+  A-

NATO Parlament Assambleyasının Tiflisdə keçirilən yaz sessiyası zamanı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri naziri Ketevan Tsixelaşvili postsovet məkanındakı bütün münaqişə zonalarında Rusiya qoşunlarının olduğunu bildirib. Nazir çıxışında Şərq Tərəfaşlığı ölkələrinin ərazilərindəki bütün münaqişələrin arxasında Rusiyanın dayandığını deyib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Edmon Manukyan İrəvanda keçirilən brifinqdə açıqlayıb. Bu gün təşkil edilən brifinq Ermənistan nümayəndə heyətinin Assambleyanın sessiyasında iştirakına həsr olunmuşdu.

“Mən nazirə dedim ki, bütün münaqişələri ümumiləşdirməsin. Qeyd etdim ki, Qarabağ münaqişəsi Cənubi Osetiya, Abxaziya, Dnestrtanı, Krım, Donbass münaqişələrindən fərqlənir və bu münaqişəyə Rusiya qüvvələri qarışmayıb”-Manukyan bildirib.

“Qarabağ münaqişəsi zonasında Rusiya qoşunları yerləşdirilməyib və ümumiləşdirmək lazım deyil”-erməni deputat gürcü nazirə cavab olaraq əlavə edib.

Manukyanın bildirdiyinə görə gürcü nazir bununla razılaşmayıb, deyib ki, Rusiya postsovet məkanındakı bütün münaqişələrə müxtəlif formatlarda qarışıb. Britaniya nümayəndə heyətinin üzvlərindən biri isə polemikaya müdaxilə edərək xatırladıb ki, Rusiya qoşunları Ermənistanda dislokasiya olunub və Qarabağ münaqişəsinə dəxli var.

“Mən cavab verdim ki, Ermənistanda Rusiya bazası yerləşdirilib və onun Qarabağ münaqişəsinə aidiyyatı yoxdur”-Manukyan Tiflisdəki polemikalar barədə danışarkən bildirib.

Xəbər 870 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +