İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.05.2017  10:08 

Bu gün İslam Oyunlarında futbol yarışları başlayır





A+  A-

IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start veriləcək.
XəzərNews.az-ın məlumatına görə, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olacaq.
A qrupunda yerli Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.
8 may (bazar ertəsi)
Futbol
A qrupu
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş
"Azal Arena"
18:30. Azərbaycan - Kamerun
"Bayıl Arena"
B qrupu
12:30. Əlcəzair - Türkiyə
"Bayıl Arena"
16:30. Fələstin - Oman
"Azal Arena"

Xəbər 1185 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +