İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.05.2017  11:46 

İsgəndər Xəlilovun BƏM-i sökülür - Abutalıbov 1 həftə vaxt verdi





A+  A-

Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) yaxın günlərdə söküləcək.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.

Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. Abutalıbova bildirilib ki, İ.Xəlilov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcək.


Xəbər 1124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +