İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.04.2017  13:06 

Horadizdə su festivalı keçirildi - FOTOLAR





A+  A-

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti gündən-günə gözəlləşən Horadiz şəhərində davam edib.
XəzərNews.az xəbər verir ki, Füzuli rayonunda su səyahətinə Araz çayından su götürülməklə start verilib. Horadiz şəhər 1 nömrəli tam orta məktəbin III sinif şagirdi Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov, karate üzrə Avropa və dünya çempionu İsrail Əsgərov “Bakı-2017”in misdən hazırlanmış səhəngini Araz çayının suyu ilə doldurublar. Sonra Horadiz Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.
Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Horadiz şəhərindəki “Qəhrəmanlar” parkında möhtəşəmm su festivalı keçirilib, konsert proqramı təşkil olunub.
Minlərlə rayon sakininin iştirak etdiyi festivalda IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhənginin Horadiz sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Füzuli rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Füzuli mərhələsinə nəzər salınıb.
Qəhrəmanlar parkında keçirilən festivalı əsl xalq bayramına çevrilib rayon sakinlərində yüksək əhval-ruhiyyə yaradıb.
Su festivalında iştirak edən rayon sakinləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su festivalının Horadiz şəhərində təşkil olunmasına görə Azərbaycanın birinci-vitse prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, oyunlar Azərbaycanın dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının, ölkəmizdə hökm sürən əmin-amanlığın göstəricisidir.
Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb







Xatirə
XəzərNews


Xəbər 3453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +