İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.04.2017  18:27 

“Feysbukda olanların hamısı avaradır” - Millət vəkili





A+  A-

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə sosial şəbəkələrlə bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib.
XəzərNews.az xəbər verir ki, deputat lent.az-a verdiyi müsahibədə feysbuka girən istifadəçilər haqda danışarkən kobud ifadədən istifadə edib.

Araz Əlizadə jurnalistin “Sosial şəbəkələrdə sizin haqqınızda tez-tez müzakirələr gedir, amma özünüz orda yoxsunuz. Nə əcəb?” sualına belə cavab verib:

“Ona görə ki, orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.

Əlizadənin bu fikirləri elə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, millət vəkili işlətdiyi ifadəyə görə qınaq obyektinə çevrilib.

Xəbər 2127 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +