İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.02.2017  15:30 

Vitse-spiker: “Dünya dövlətlərinin onları tanımadığını unudurlar”





A+  A-


“İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz referendumun heç bir hüquqi nəticəsi yoxdur”.


XəzərNews.az bildirir ki, bunu Modern.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov bildirib ki, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər. “Dağlıq Qarabağdakı  qondarma qurumu heç bir dövlət tanımır. Bu dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır. Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Ona görə də biz bu “referendum”u tanımırıq.


Sadəcə, onlar bu “referendum”u keçirməklə özlərini yada salmağa çalışırlar ki, biz də varıq. Yəni, dünya dövlətlərinə özlərini göstərsinlər ki, guya burda da “referendum” keçirilir. Amma, dünya dövlətlərinin onları tanımadığını unudurlar. Dağlıq Qarabağ Azərbaycanən ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər”.



Xəbər 13476 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +