İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.02.2017  15:38 

Faiq Qarayev: “Müraciət rəsmiləşərsə, biz də mövqeyimizi açıqlayacağıq”





A+  A-


“Bizə bu barədə hansısa rəsmi müraciət edilməyib”.

XəzərNews.az xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyevin təklifinə münasibət bildirib. O qeyd edib ki, Rusiya Superliqasının xarici klublar hesabına gücləndirilə bilməsi ilə bağlı rəsmi dəvət almayıblar: “Əgər hər hansı bir rəsmi müraciət olarsa, federasiya bu təklifi müzakirə edəcək. Bunun bizə nə qədər faydalı olub və ya olmamağını araşdıracağıq. Amma bu gün sosial şəbəkələrdə ya saytlarda yazılanlarla bağlı dəqiq nəsə deyə bilmərik. Müraciət rəsmiləşərsə, biz də mövqeyimizi açıqlayacağıq”.

Qeyd edək ki, Fadeyev Rusiya çempionatının gücləndirilməsi ilə bağlı İsveçrənin “Volero”, Azərbaycanın “Telekom” və “Azərreyl” klubları ilə ilkin danışıqlar olduğunu açıqlayıb. Lakin hələlik hansısa rəsmi müraciət barədə məlumat yoxdu. 



Xəbər 1792 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +