İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.02.2017  17:53 

12 uşağın ölməyi barədə göndərilən mesajlar haqda - AÇIQLAMA





A+  A-

 

Artıq bir neçə gündür ki, vatsap və sosial şəbəkələrdə uşaq dərmanları ilə bağlı yayılan çağırış valideynlərin narahatlığına səbəb olub.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, informasiyanı yayan şəxslər hər zaman olduğu kimi onun paylaşılmasını istəyirlər.

Məsələ ilə bağlı məşhur pediatr Vaqif Qarayevlə əlqə saxladıq. Pediatr valideynləri bu kimi informasiyalara aldanmamağa çağırıb:

“Bu cür məlumatların yayılması təzə deyil, illərdir sosial şəbəkələrdə yazılır. Bunun yazılmasına səbəb kimi 2 variant var: Birincisi, işsiz, gücsüz insanlardır, belə məlumatlar yazıb paylaşırlar. Həmin mətnin yazılışında da kifayət qədər bisavadlıq görünür. Dünəndən xeyli adam mənə zəng edir, yazır. Ağıllı adam oxuyan kimi informasiyanın yalan olduğunu anlayacaq. İkincisi isə, hazırda bütün dünyada dərman firmaları bir-birini vurmaqla məşğuldur. Orada yazılan dərmanların əksəriyyəti kütlənin tanıdığı və həkimsiz apteklərdən alınan dərmanlardır. Bunu da biznes qanunu adlandırırlar, ancaq insanları təşvişə salmaq olmaz”.

Qeyd edək ki, əksər şəxslərin telefonuna göndərilən mesajlardakı çağırışda aşağıdakılar yazılıb:

“3-12 yaşlı 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamısı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hal-hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontrabanda yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur.

Uşaqlara qəti verilməməli olan dərmanların siyahısı: amoksiçilin, kapesula, ubuprofen, алклофенак, сумамед, ингалипт, антисепт, инфлюцид, детский панадол, санасол.

Yuxarıda adları çəkilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülnədək məhdudlaşdırın.

Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb кетотифен və ya 10-15 damcı фенистил qəbul etmək lazımdır”.



Xəbər 1192 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +