İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.03.2024  18:46 

Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır -Müğənninin köməkçisi bildirib





A+  A-

“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.

O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:

“Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”.

Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.

Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.


Xəbər 349 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +