İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


08.02.2024  00:08 

Fazil Mustafa Prezidenti təbrik edib





A+  A-

Böyük Quruluş Partiyası Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

Xəzərnews.az xəbər verir ki, bəyanatda deyilir:

“07.02.2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Böyük Quruluş Partiyası partiyanın sədri Fazil Mustafanın namizədliyi ilə təmsil olunub. Seçki öncəsi imzaların toplanması prosesinə aktiv şəkildə qatılan partiya fəalları MSK tərəfindən müəyyən ediləndən daha çox sayda vətəndaş imzaları toplayaraq aidiyyəti üzrə təhvil vermiş və Fazil Mustafanın namizədliyinin qeydə alınmasına nail olub. Partiyanın vahid namizədi Fazil Mustafanın təbliğat-təşviqat prosesi də aktiv şəkildə qurulmuş və maneəsiz şəkildə ölkənin müxtəlif regionlarında fərdi və kollketiv şəkildə seçicilərlə görüşləri keçirilib.

Bu görüşlərdən əlavə mətbuat, televiziya, radio, internet televiziyaları və saytlar, sosial şəbəkələr və canlı təmaslarla aparılan təbliğat-təşviqat işi məhsuldar şəkildə başa çatdırılıb. Prezidentliyə namizəd Fazil Mustafa və onun vəkili, səlahiyyətli nümayəndələri, partiyamızın aktiv üzvləri tərəfindən keçirilən görüşlərdə və təbliğat işlərində minlərlə vətəndaşla təmas qurulmuş, onların problemləri dinlənilmiş və namizəd tərəfindən canlı debatlarda, sosial şəbəkələrdə vətəndaş müraciətlərindəki problemlər ictimailəşdirilib.

Seçkidən əvvəlki prosesdə Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd Fazil Mustafanın aktiv təbliğat işinə dövlət qurumları tərəfindən hansısa maneə yaradılmamış və təzyiqlər göstərilməmişdir.

Böyük Quruluş Partiyası seçkini yüzlərlə müşahidəçi ilə canlı müşahidə etmiş, həmçinin veb-kameralar quraşdırılmış məntəqələr partiyamızın üzvləri tərəfindən davamlı izlənilmiş və müşahidəçilərin gün ərzində verdiyi məlumatlar namizədimiz Fazil Mustafanın Seçki qərargahında analiz edilmişdir. Müşahidə apardığımız 6 mindən çox məntəqədə və ölkənin bütün seçki dairələrində seçkinin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntuları tərəfimizdən qeydə alınmamışdır. Lakin çox az sayda seçki məntəqələrində müşahidəçilər arasında konfliktlərə, korlanmış seçki bülletenlərinin seçicilər tərəfindən dəyişdirilməsi tələbi ilə baş verən mübahisələrə və MnSK protokolunun surətinin müşahidəçilərə gec təqdim edilməsi hallarına rast gəlinmişdir. Bu kimi halların seçkinin nəticələrinə təsir etmədiyi qənaətinə gələn Partiyanın seçki qərargahının üzvləri seçki prosesini ümumilikdə müsbət və qanunauyğun xarakterizə etmişdir.

Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkiləri demokratik rəqabət mühitində keçirilmiş və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmamışdır. Biz, Böyük Quruluş Partiyasının sədri prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu Prezident seçkilərinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik.

İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcək”.

Xəbər 376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +