Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


12.03.2022  18:45 

Səhiyyə şöbəsi müdirinin tender biznesi…





A+  A-

Son iki ildə Səkinə Sadıqovanın adı Sumqayıt şəhər səhiyyə şöbəsinə dövlətin ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada hallandırılıb.
Təsəvvür edirsiniz, ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik. (bu yazılar müxtəlif medialarda dərc olunub)

Səkinə Sadıqova Sumqayıtda istənilən xəstəxananın baş həkiminin xəbəri olmadan istədiyi adamı qanunsuz olaraq hansı vəzifəyə və hansı xəstəxanada istəyirsə ora təyin edir və baş həkimlər buna etiraz edə bilmirlər.

Səkinə Sadıqova təkcə dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımaqla kifayətlənmir.

Həm də Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya mərkəzinə çevirib.

Və qarajın müdiri Kamran Əhmədovun əli ilə qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir.

İndi isə Səkinə Sadıqovanın “tender biznesi”ndən bəhs edək.

Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb.

İndi əlimizdə olan sənədlər əsasında Səkinə Sadıqovanın keçirdiyi tenderləri təhlil etməyə çalışaq.

Deməli, redaksiyamıza daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona yaxın dövlət vəsaitini özü bildiyi kimi xərcləyib.

32 şirkətin hamısını birdən birə deyil, növbə ilə araşdırmaq qərarına gəldik.

Deməli, ilk olaraq əlimizdəki sənədlərdə əks olunan “Mətbəə blankları” xərcindən başlayaq.

Səkinə Sadıqova mətbəə blankı almaq üçün “BURRELL TT” MMC ilə 19 min 959 man 53 qəpik , “A4 Plaza” MMC ilə 49 min 955 manat 90 qəpik məbləğində müqavilə imzalayıb.

Birincisi, görəsən, Səkinə Sadıqova 19 min 959 man 53 qəpik + 49 min 955 manat 90 qəpik = 69 min 95 manat 43 qəpik dəyərində blankı neylirdi..?

Yəni 70 min dəyərində mətbəə blankını bir neçə vaqona yükləsən çəkib apara bilməz.
İkincisi və ən vacibi bilirsiniz nədir ?

Səkinə Sadıqovanın 50 min manat pul ayırdığı “A4 Plaza” MMC-nin dövlətə 100 min manatdan çox vergi borcu var.

Onda ortaya sual çıxır ki, ay Səkinə doktor, dövlətə yüz min borcu olan şirkəti necə qalib elan edib, ona blank almaq üçün 50 min manat pul vermisiniz ?

Yəni bütün bu məsələlər dövlət qurumları tərəfindən ciddi araşdırılmalıdır.

Onu da qeyd edək ki, Səkinə Sadıqovanın qalib elan etdiyi digər şirkət, yəni “BURRELL TT” MMC barədə Dövlət Vergi Xidmətinin saytında heç bir məlumata rast gəlmədik.

Bu necə olur, ay Səkinə xanım..?

İndi isə Səkinə Sadıqovanın dəftərxana biznesinə nəzər salaq.

Əlimzdə olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızı alıb.

Görəsən 300 min manata yaxın dəftərxana kağız-kuğuzunu Səkinə xanım neyləyirmiş..?

Və bu pulları "MEDPROQRESS" MMC ( 196 min manat) və “NUR-E.A” MMC ( 71 min 54 manat 30 qəpik ) arasında bölüşdürüb.

Sözün düzü, vn.taxes.gov.az saytında da bu şirkətlər barəsində konkret məlumata rast gəlmədik.

Yəni bu şirkətlər konkret şəxslər tərəfindən tenderi udmaq üçün yaradılır.

Yəqin ki, tender biznesində Səkinə Sadıqovaya ən böyük dayaq İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşad olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yazıda müxtəlif media qurumlarının məlumatlarından istifadə edilib./“Gündəlik-Bakı”

Xəbər 1544 dəfə oxunub.




11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +