İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.11.2021  14:18 

Hərbi Hospital xüsusi təyinatlı qazimizi “anadagəlmə xəstə” çıxartdı - Prezidentə MÜRACİƏT - FOTO





A+  A-

Ucar rayonu Bərgüşad kənd sakini, Vətən müharibəsi Qazisi Samir Abbaslı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə xəstəliyinin düzgün qiymətləndirilməməsindən şikayətçi olduğunu bildirib.

XəzərNews.az həmin müraciəti təqdim edir:

"Cənab Prezident!
Sizə müraciət etməyimə səbəb hərbi xidmətim zamanı rastlaşdığım və həyatımı bütünlüklə məhv edən haqsızlıqdır.

Məlumat olaraq Sizə bildirirəm ki, mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, daha sonra isə 701 saylı hərbi hissələrdə xidmət etmişəm.

Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda "Papanin" adı ilə tanınan hərbi xəstəxanada müalicə almışam. Buradakı müayinələr zamanı müharibədə aldığım qəlpə yaralarından başqa, ürək çatışmazlığının da olduğu müəyyən edilərək, hərbi xidmətə tam yararsız hesab edilmişəm.

Lakin, mənə bildirirlər ki, ürək çatışmazlığımın kökü anadan gəlmədir. Amma bu yalandır. Mən xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam.

Bu xəstəliyə görə hərbi xidmətə tam yararsız hesab edilirəm. Ürək çatışmazlığımın kökü anadangəlmə olduğuna görə müharibə əlili hesab edilməyəcəyimi, mülkidə ümumi səbəblərlə əlillik ala biləcəyimi deyirlər.

Mən bunu ədalətsizlik, qanunsuzluq və cinayət hesab edirəm. Əgər məndə ürəkçatışmazlığı anadangəlmədirsə, niyə məni həqiqi hərbi xidmətə aparıblar və niyə məni hərbidə işə götürüblər? Yox əgər ürək çatışmazlığımın əvvəl hiss olunmayacaq dərəcədə olduğundan orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı bu vəziyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyə görə mənə nə iş vermirlər nədə ki, mənə əlillik dərəcəsi təyin etmirlər.Belə çıxır ki, mən yıxılıb ölməliyəm ?

Hazırki vəziyyətimə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalar da, əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər. Həyatımı itirmə riskinin çox olduğunu bildirirlər. Digər tərəfdən müharibə əlili sayılmayacağımdan bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməliyəm. Sözün tam mənasında bunu ödəmək üçün heç bir maddi gücüm yoxdur.
Sizdən acizanə şəkildə xahiş edirəm, müraciətimi obyektiv araşdırıb mənim müharibə əlili sayılmağıma yardımçı olasınız".














Xəbər 1740 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +