Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


21.10.2021  19:24 

Yetər ki, minbər tribunaya çevrilməsin...





A+  A-

Bineyi-qədimdən dilimizdə mövcud olan "inanclı insan" ifadəsini son illərdə məqsədli olaraq siyasiləşdiriblər.

Kimin etdiyini tapmaq üçün çox da baş sındırmaq lazım deyil.

Məsələn, "Bir qrup inanclı insan ..." başlıqlı informasiyanı oxuyanda insana elə gəlir ki, xalqımızın yerdə qalanı buddistdir.

Və yaxud son günlər İranla şübhəli əlaqələrdə ittiham olunan bir neçə şəxsin həbs olunması "dini fəallar həbs edildi", "dindarlar həbs edildi" və s. kimi başlıqlarla ictimaiyyətə təqdim etmək yanlışdır.

"Azadlıq" qəzeti, "BBC" adətən bu kimi başlıqlardan istifadə edir və başqaları...

Azərbaycan xalqının mütləq əksəriyyəti inanclıdır, dininə qarşı sayqılıdır, modern dindardır. Yəni çox vaxt namaz-niyazla işləri olmaz, amma İslam ümməti olduqlarının fərqindədirlər, fundemantal islami dəyərlərə birmənalı olaraq əməl və hörmət edirlər. Məhərəmmlik, orucluq və s.

Həbs edilənlər isə "dini fəal", "inanclı insan" olduqları üçün yox, anti-konstitusion fəaliyyətlə məşğul olduqları, dövlətin sütunlarını gəmirdikləri üçün qandallanıblar. Yəni həmişə belə olub. (Onlara gəmiricilər deyə bilərik)

Bu ölkənin rəhbəri məsciddə namaz qılır, ölkəmizdəki sağlam dini mühitin, vəhdət namazı kimi nümunəvi ənənələrin müəllifidir. İslamın prinsiplərinə, Quranın hökmlərinə istinad etsək, Vətən torpağını, müsəlman yurdunu işğalçılardan azad edən qazi sərkərdədir. Allah qatında bundan uca məqam varmı, şəhidlikdən qeyri?!

Əsl inanclı insan İlham Əliyevdir!
Bizlərik!
Ən nümunəvi İslam ölkəsi isə Azərbaycandır!

Qısacası, məmləkətimizdə dindara, inanclı insana etiqadına görə gözün üstə qaşın var deyən yoxdur!
Yetər ki, minbər tribunaya çevrilməsin...

Yenidən mətləbə qayıdaq, xülasə, dindar ayrı, İran agenti ayrı. Burdakı incə cizgini görməliyik. Hər dindar İran agenti olmadığı kimi, paralel olaraq da hər İran agenti dindar deyil.

Bir daha təkrar edirəm, hər İran agenti saqqal saxlayıb, əba geyinib, təsbeh çevirib, açıq-aşkar anti-dövlət təbliğatı apararaq uzaqdan "yansın dilim ağzımda, məni həbs et, həbs et məni, sevgili dövlət, məni həbs et" deyə haraylamır...

Bəlkə də son əməliyyatlarda saxlanılanlar İranın məqsədli olaraq, iz örtmək üçün verdiyi agent-qurbanlardır...

Böyük bir ələk lazımdır!
Gec-tez münasibətlər sahmana düşəcək, belə də olmalıdır, amma biz yenə də ölkəni ələkdən keçirək.

Bəhruz Həsənov

Xəbər 2277 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +