Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


15.02.2021  11:09 

Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilər





A+  A-

Bu gün Sumqayıtda fəaliyyət göstərən 10A və 33 nömrəli marşrutların sürücüləri işə çıxmayıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, sürücülər avtobus xəttində gündəlik planın artırılmasına etiraz etdiklərinə görə xəttə çıxmayıblar. Bu səbəbdən də sərnişinlərin çoxu yolda qalıblar.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən marşrut xətlərinin sahibkarı Eldar adlı şəxslə əlaqə saxlayıb. O qeyd edib ki, sərt karantin dövründə bir çox iş yerləri bağlı olduğu üçün planı aşağı salmışdılar:

“Hazırda isə iş yerlərinin əksəriyyəti, o cümlədən də məktəblər, bağçalar açılıb. Buna görə də planı 140 manat etdik. Pandemiyadan qabaq gündəlik plan isə 165 manat idi. İndi vəziyyət tam düzələndən sonra yenidən 165 manata qaldıracağıq. 20-yə yaxın sürücü də planın artırılmasına razı olmadı. Amma hazırda problem yoxdur. Başqa sürücülər işə çıxıb”.

Xəbər 3917 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +