Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.02.2021  21:49 

“Türkiyənin yanımızda olması bizə güc verdi” - Zakir Həsənov





A+  A-

“Türkiyə ilə təlimlər keçirməyin qürurunu yaşayırıq. Təlimlər əməkdaşlıq və koordinasiyasını təmin etmək, qar və şiddətli soyuqda hərəkət imkan və qabiliyyətlərini yoxlamaq məqsədilə keçirilib”.
XəzərNews.az Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışı zamanı deyib.

“Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə ordusunun təcrübələrindən yararlanmaq bizim üçün önəmlidir”, - nazir qeyd edib.

Z.Həsənov Azərbaycanın 44 günlük müharibədə Ermənistanı məğlub edərək, torpaqlarımızın işğalına son qoyduğunu bildirib, müharibədə Türkiyənin hər zaman yanımızda olduğunu bəyan edib:

“Müharibə zamanı Türkiyə öz siyasi mövqeyini ortaya qoydu və bizim yanımızda oldu. Türkiyə bu mövqeyi ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır”. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyənin yanımızda olması bizi qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək, işğal altındakı torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”.

Nazirin sözlərinə görə, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirdi:

“Azərbaycan və Türkiyə əsgərləri Azadlıq meydanında zəfər keçidindən keçdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə dəstəyini göstərdi”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iki ölkə arasındakı əlaqələr, qış təlimlərinin əhəmiyyətindən danışıb:

“Bütün dünya bird aha gördü ki, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri təminatı, peşəkar heyəti ilə hər cür vəzifəni quruda, dənizdə, havada, qış, yay, dağda, dərədə icra edəcək gücdədir. Ölkələrimizin və Türk millətinin müdafiəsi, təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə hər kəsin inanmasının zəruriliyini bir daha göz önünə sərmiş olduq”.

H.Akar bildirib ki, Türkiyə və Azərbaycan qardaşılığının sadəcə sözdə olmadığını Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün gerçəkləşdirdiyi əməliyyatlarda bir daha nümayiş etdirilib.

Xəbər 2817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +