Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.11.2020  21:57 

“Azərbaycan tam qələbənin bir addımlığındadır” - Sergey Markov





A+  A-

"Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib. Bu, müharibənin əsas məqamıdır. Demək olar ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı".
XəzərNews.az xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Rusiyanın ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov yazıb.

O bildirib: “Şuşa Dağlıq Qarabağın paytaxtı Xankəndi ilə Ermənistan ərazisi arasında yerləşir. İndi şimal yolu Xankəndidən olan qaçqınlarla doludur. Azərbaycan Ordusu qaçqınlara heç bir təcavüz göstərmir. İndi Ermənistanın müharibəni dayandırmaq şansı var. Əgər Paşinyan Ermənistanın bütün ordusunun, - bu ordu yaxın vaxtlarda Dağlıq Qarabağda mühasirəyə alınacaq, - Dağlıq Qarabağdan çıxarılması barədə əmr verərsə, o halda hərbi əməliyyatlar dayanar və sülh danışıqları başlanar. Əks halda, müharibə özlərinin baş nazirlərinə qorxaraq sadiq olan mühasirəyə düşmüş erməni qoşunlarının sonadək qırılmasına gətirib çıxara bilər. Qırğın heç kimə lazım deyil”.

Politoloqun vurğuladığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilər Azərbaycan ərazilərində sakit yaşaya bilərlər, orada onlara təhlükə yoxdur. “Azərbaycan müasir çoxmillətli və çoxkonfessiyalı ölkədir ki, onun ideologiyası multikulturalizmdir və orada hazırda təqribən 30 min erməni yaşayır. Bütün xalqlar güclü dövlətin müdafiəsi altındadır. Dağlıq Qarabağ ermənilərinə, məsələn, İtaliyada Cənubi Tirolda və digər ölkələrdə olduğu kimi mədəni muxtariyyət təmin olunacaq. Onlar öz kilsələrində sakitcə dua edə biləcəklər”, - deyə politoloq qeyd edib.

Politoloq əmindir ki, Dağlıq Qarabağda müharibə hər halda tezliklə başa çatacaq. “Hamıya aydındır ki, Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağın bütün ərazisində öz suverenliyini tam bərpa edəcək. Prezident İlham Əliyev Dağlıq Qarabağın xilaskarı kimi Azərbaycan üçün milli qəhrəmana çevrilir. Azərbaycan tam qələbənin bir addımlığındadır”, - deyə sonda S.Markov bildirib.



Xəbər 1544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +