İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.07.2018  20:31 

Həkimin qurbanı olan gənclə bağlı ilk proses keçiriləcək





A+  A-

Arı sancan gənci əməliyyat masasında öldürən həkim Tağı Əliyevlə bağlı işə Sabunçu Rayon Məhkəməsində baxılacaq.
XəzərNews.az Axar.az-a istinadən bildirir ki, ölüm işiylə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxaran Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Abasovdan ailə şikayət verib. Şikayətə Sabunçu Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu 25 iyul tarixində baxacaq.

Əməliyyat zamanı ölən Cavid İmanlının atası Filman Həsənov bildirib ki, hakim F.Əhmədovun faktı obyektiv araşdıracağlına və oğlunun ölümünə səbəb olan insanların məsuliyyətə cəlb edilməsinə nail olacağına inanmaq istəyir.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

Xəbər 1461 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +