Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.03.2017  10:18 

V Qlobal Bakı Forumu başladı





A+  A-

Bakıda V Qlobal Forum başlayıb.
XəzərNews.az xəbər verir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Diaporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçiriləcək forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.
Həmçinin forumda iştirak edənlər arasında Latviya prezidenti Raymond Veyonis, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani, Makedoniya rəhbəri George İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç də var.

Bundan başqa, Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, İsrailin keçmiş baş naziri Ehud Barak və İsrail parlamentinin – Knessetin sabiq prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik, Fələstin baş nazirinin müavini Ziyad Abu Amr, İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayez, Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin, İranın keçmiş XİN başçısı Mənuçöhr Mottaki, İordaniyanın sabiq baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali, Rusiyanın sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq müavini Vyaçeslav Trubnikov, Polşanın eks-prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, Pakistanın dövlət xadimi, ölkənin maliyyə naziri və baş naziri olmuş Şaukat Aziz, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya forumun iştirak edəcəklər.

Forum 7 panel üzrə keçiriləcək. “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış”, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?", “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?", “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi”, “Avropanın gələcəyi”, “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhlükə hesab edilirmi?", “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzularında panellər təşkil ediləcək.

Forum martın 17-də başa çatacaq.

Xəbər 3264 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +