Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.03.2024  13:31 

“ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır“





A+  A-

"ABŞ-nin əsas məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaq və regionda dominant mövqe yaratmaq cəhdini davam etdirməkdir".

Xəzərnews.az xəbər verir ki, bunu “Report”a ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik, hüquqşünas İrina Zukerman aprelin 5-i Brüsseldə baş tutacaq Avropa İttifaqı - Ermənistan - ABŞ müştərək konfransının keçirilmə səbəbini və doğuracağı nəticələri şərh edərkən deyib.

O, Avropa İttifaqının mövcud konfransda iştirak səbəbinə gəlincə isə bildirib ki, Aİ-nin bəzi ölkələri Ermənistanın Azərbaycanın ona hücum etmə ehtimalı ilə bağlı səsləndirdiyi iddialara inanır və bunun tərəfindədir: “Lakin Ermənistanın iddialarından kənar fikirlərini təsdiqləmək üçün əlində heç bir dəlil yoxdur”.

İ.Zukerman Rusiya-Ermənistan münasibətlərinə də toxunaraq rəsmi Kremlin Cənubi Qafqazda yeni cəbhənin olduğunu iddia edərək vəziyyəti öz xeyrinə çevirməyə çalışdığını söyləyib:




“Rusiya 19-cu əsrdən etibarən Ermənistandan öz hərbi bazası kimi istifadə edir. Rusiyanın Ermənistanı iqtisadi, siyasi və hərbi cəhətdən idarə etməsi, onu müxtəlif hərbi uğursuzluğa sövq etməsi, Qərb ölkələrinə qarşı manipulyasiya etməsi və indi İrəvanın açıq mesajlarına baxmayaraq, onun mövqeyini qəbul etməkdən imtinasını müzakirə etmək əbəsdir.

Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu öz qərarıdır və Sovet İttifaqı dağılandan bəri buranı tərk etməkdən imtina edib”.

Ekspert hesab edir ki, nəzəri olaraq Aİ-Ermənistan-ABŞ konfransının Ermənistana irəliləyiş üçün inam verməkdən və onları Rusiya və ya İran kimi üçüncü tərəflərin müdaxiləsindən qorumaqdan başqa sülh danışıqlarına heç bir təsiri olmamalıdır:

“Lakin nəzəriyyədən çıxdıqda burada iki məsələ var. Bir tərəfdən təhlükəsizlik zəmanəti Ermənistanı Azərbaycana qarşı təbliğat hücumlarını dayandırmağa sövq edə bilər.

Amma digər tərəfdən, ola bilər ki, Ermənistan daxilindəki bəzi qruplaşmalar yeni təhlükəsizlik zəmanətindən Bakıya qarşı təzyiq göstərmək məqsədilə sui-istifadə etsinlər və imzalanacaq sazişi Azərbaycana qarşı silaha çevirməyə çalışsınlar.

Bu səbəbdən Azərbaycanın Aİ və ABŞ ilə dialoqa girməsi, Ermənistanın yalançı iddialarını rədd etməsi və bu ölkələrlə təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində öz yolunu tapması vacibdir”.

Xəbər 196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +