Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol


17.09.2019  15:21 

“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.

Kənan Məmmədov deyib ki, həftəsonları şəhərə çıxmaq üçün komandirlərə pul verib: “Pulu birbaşa Kazım Həsənova verməmişəm, hərbi hissəyə qayıdanda 40 manat pulu hərbi biletin içinə qoyub verirdim”.

K.Həsənov deyib ki, həmin ərəfədə əsgər Rauf Qasımzadə əsgər yoldaşı İlkin Tanrıverdiyevi güllələyərək yaralayıb: “Bu hadisədə mənim bir günahım yox idi. Amma bu işə görə dindirilən əsgərlərdən mənim əleyhimə təzyiqlə ifadə alıblar”.

5 il cəza alan R.Qasımzadə də konvoyun nəzarəti ilə məhkəməyə gətirilib və ifadə verib: “İstintaqda yalan danışdım, əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım, ona görə elə dedim. Komandirimə rüşvət verdiyimi demişəm, amma bu yalandır”.

Xəbər 957 dəfə oxunub.



03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +