Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


18.05.2021  17:11 

Azərbaycan ən çox tələb edilən məhsulun ixracını dayandırıb - SİYAHI





A+  A-

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 131 milyon 543,3 min dollar dəyərində 119 min 961,4 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.
XəzərNews.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 998,5 ton və ya 1,6 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 22,4 milyon dollar və ya 14,5 faiz azalıb.

Təkcə aprel ayında 30,1 min ton meyvə-tərəvəz ixracı baş tutub və bir ay ərzində bu ixracdan 34,3 milyon dollar gəlir əldə edilib. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə meyvə-tərəvəz ixracını 19,5 faiz azaldıb.

Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını təşkil edən məhsullar aşağıdakılardır:

Tomat (pomidor) - 36,7 min ton çəkidə (ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisədə) 37,8 faiz az); İxracdan əldə edilən gəlir - 42,3 milyon dollar (illik müqayisədə 42,4 faiz az).

Meşə fındığı - 5,8 min ton çəkidə (illik müqayisədə 17,8 faiz az); İxracdan əldə edilən gəlir - 35,3 milyon dollar (illik müqayisədə 18,4 faiz az).

Alma - 20,9 min ton çəkidə (illik müqayisədə 5,7 faiz çox); İxracdan əldə edilən gəlir - 8,7 milyon dollar (illik müqayisədə 4,5 faiz çox).

Azərbaycanın xaricdə ən çox tələb olunan xurma məhsulu üzrə ötən ay ixrac baş tutmayıb və ilin ilk dörd ayı üçün ixrac həcmləri dəyişməz olaraq qalıb.

Xurma - 42,3 min ton çəkidə; İxracdan əldə edilən gəlir - 31,9 milyon dollar. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 2,3 dəfə çox olub.

Nar - 1,9 min ton; İxracdan əldə edilən gəlir - 3 milyon dollara yaxın.

2021-ci ilin dörd ay ərzində ixrac edilən meyvə-tərəvəz məhsullarından əldə edilən gəlirin həcmi ümumi ixracdan əldə edilən gəlirin 2,1 faizini təşkil edib.

Xəbər 2173 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +