İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.10.2019  12:09 

“Qızım olsaydı, universitetə getməyə qoymazdım” - Nazpəri





A+  A-

“Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Ay Zaur” proqramına qonaq olarkən deyib. Müğənni verilişdə şəxsi həyatı barədə danışaraq qız övladının həmişə arzusunda olduğunu bildirib.

N. Dostəliyeva səhnəyə görə, qardaşından şiddət gördüyünü qeyd edib: “Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə, dəfələrlə mənə əl qaldırırdı. Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim.

Daha sonra ailə həyatı yaşadım. Orta məktəbdə oxuyanda ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır. Həyat yoldaşım toylara icazə verirdi, amma efirə getməyə qoymurdu. Dörd yaş məndən böyük idi. Universitetdə təhsil aldı, daha sonra mühəndis kimi çalışdı. Lakin illər sonra dünyasını dəyişdi. Biz 13 il evli qaldıq. Bu nikahdan iki oğlan övladımız dünyaya gəldi”.

Sənətçinin sözügedən çıxışını videonun 20-ci dəqiqəsindən izləyə bilərsiniz:



Xəbər 1530 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +