Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


03.04.2018  14:25 

Milli Məclis kreditlə bağlı qanuna DƏYİŞİKLİK ETDİ





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kredit büroları haqqında” qanuna dəyişikliklər müzakirə olunaraq təsdiqlənib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, dəyişikliyə əsasən, borcalanlar barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan bütün məlumatlar bu sənədin qüvvəyə mindiyi gündən 3 il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək. Hazırkı qanunda sözügedən müddət 2 ildir.

Həmçinin mövcud qanunun 23.3-cü maddəsinə edilməsi planlaşdırılan əlavəyə əsasən, MKR-dən istifadəçilərə məlumat verilməsi bu il aprelin 1-dən dayandırılıb. Həmçinin kredit təşkilatları, aralarında hüquq münasibətləri bu ayın sonuna qədər yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilər.

Hazırkı qanunda kredit tarixçələrinin məlumat bazasından istifadəyə görə xidmət haqqının məbləği müvafiq informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq ola bilməz. Dəyişikliklə bu tələb qanundan silinir.

Qeyd edək ki, "Kredit büroları haqqında” qanuna dəyişiklik kredit bürosunun fəaliyyətə başlaması ilə əlaqədar qüvvədə olan qanunun tətbiqi zamanı meydana çıxan boşluqların aradan qaldırılması, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Kredit bürosu kredit tarixçəsi subyektnin kredit tarixçəsini təşkil edən, məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatalarını verən, həmçinin "Kredit büroları haqqında” qanunla qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olan qurumdur. Artıq ölkədə ilk kredit bürosu - "Azərbaycan Kredit Bürosu” MMC təsis edilib, nizamnaməsi, idarəetmə orqanları formalaşdırılıb və fəaliyyətə başlayıb.

Xatırladaq ki, "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda da dəyişiklikliklər də bu gün müzakirə olunaraq təsdiqlənib. Bu dəyişikliklər "Kredit büroları haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb və banklar və bank olmayan kredit təşkilatları tərəfindən borcalanlar haqqında məlumatın MKR-ə mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır.

"Banklar haqqında" qanundakı dəyişikliklərə əsasən banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" qanunla tənzimlənir.

Xəbər 1496 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +