“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


31.01.2018  11:45 

Qalmaqallı açıqlama: “Müğənni qızla ailə qurmaq olmaz”





A+  A-

Azərbaycanın tanınmış müğənnisi Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib.
XəzərNews.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanları gələcəkdə müğənni qızla ailə qura bilməz və bu, onun ailəsinə uyğun bir addım deyil:

“Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz 8 övlad valdeyinlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur.

O rəhbərin düzgün məsləhəti yolu olmasa olmaz. Qardaşım, bacım övladlarına hamısına məsləhəti mən verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni burda qəbahət bir şey görmürəm. Amma bu bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.

Xəbər 1475 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +