Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


21.11.2017  15:35 

Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: “Bu “lotular“ın yiyəsi yoxdur?“





A+  A-

Xəbər verdiyimiz kimi, Bakı aeroportunda gömrük işçiləri ilə tanınmış rejissor Cəfər Axundzadə arasında xoşagəlməz anlar yaşanıb.
Gömrük əməkdaşları gecə saat 3-də Tbilisidən Bakıya enən sərnişinlərlə kobud rəftar edib, onları təhqir ediblər. Hətta iş o yerə çatıb ki, rejissorun azyaşlı övladının üzərini itlə yoxlayıblar, nəticədə azyaşlı qorxub və burnundan qan gəlib.

XəzərNews.az-ın AZXEBER.COM-a istinadən məlumatına görə, bu olay sosial şəbəkələrdə də böyük rezonans doğurub və azərbaycanlı məşhurlar Dövlət Gömrük Komitəsini kəskin tənqid ediblər.

Rejissor Rza Rzayev bu haqda yazıb: Bütün sənət insanlarını Cəfər Axundzadəyə qarşı edilən bu tərbiyyəsiz, qanuna zidd hərəkətə qarşı birləşməyə, etiraz etməyə çağırıram. Cəfər Azərbaycanın son dövrlər yetişdirdiyi ən istedadlı və peşəkar rejissorlarından biridir. Həmin məmurun hərəkəti Azerbaycan adına ləkədir, həm də Azerbaycan kişisi adına ləkədi, qadın-uşaq olan yerdə belə hərəkətlər heç kimə başucalığı gətirməz və gətirməyib!"

"Beat Group"un art direktoru Kamil Dadaşov: "Bu gömrükdə baş verən dərəbəylik nə vaxt bitəcək? Bu "lotular"-ın yiyəsi yoxdu? Hər gün bunlar haqqında nəsə təzə zibil oxuyurdum amma bu lap ağ oldu. Cəfəri, onun ailəsini belə incitmək üçün gərək əclafın dal ayağı olasan. Əminəm ki, bu məsələdə ədalət öz yerini tapacaq.

Azərbaycanın "Eurovision" təmsilçisi, müğənni Dilarə Kazımova: "Sənə bunu edə biləcəklərini heç vaxt düşünməzdim"

Tanınmış müğənni Nura Suri: "Erməni yoxlamırsıze, bu nə münasibətdir, öz millətini qarşı? Qadına, uşağa hörmət qalmayıb? Bu qədər qəzəb hardandır, bu insanlarda?

Aktrisa, rəqqasə Oksana Rəsulova: "Mən çox ümid edirəm ki, bu özbaşınalıq cəzasız qalmayacaq. Dostlar, hamınızdan xahiş edirəm ki, bu məlumatı paylaşasız. Onun yerinə hər birimiz ola bilərik. Cəfər və onun ailəsi mənim dostumdur, o anda o cür səbrli davranmaq çox çətin idi. Biz səninləyik!"

Müğənni Emma Ələkbərzadə: "Bu nə biabırçılıqdır? Niyə axı, özümüzkülər özümüzə belə zülm verirlər? Ayıbdır axı, niyə özümüzə hörmət etmirik?

Qeyd edək ki, Bakı aeroportunda yaşanan bu hadisəylə bağlı yüzlərlə vətəndaş Dövlət Gömrük Komitəsi və komitənin işçiləri ilə bağlı paylaşımlar ediblər. Onlar da gömrük işçilərinin kobud rəftarı ilə qarşılaşdıqlarını deyiblər.









Xəbər 4334 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +