Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.08.2023  18:34 

“Əvəz Zeynallını heç vaxt görməmişəm” - Saleh Məmmədovun köməkçisi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

XəzərNews.az Lent.az-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Prosesdə şahid qismində çıxış edən Çingiz Əmirov ifadəsində göstərib ki, 2008-ci ildən bəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işləyir:

“2008-ci ildən agentlikdəyəm. Hazırda isə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun köməkçisi vəzifəsindəyəm. İstintaqdakı ifadəmdə də göstərmişəm ki, 2021-ci ildə mühafizə zəng edib Əvəz Zeynallının idarəyə gəldiyini xəbər verdi. Əlavə etdi ki, məhkəmə ilə bağlı məsələdir. Bizim agentlikdə belə məsələlərə hüquq şöbəsindən Şahbaz Qasımov nəzarət edir. Mən də Saleh Məmmədov işdə olmadığı üçün ona yönləndirdim. Təxminən bir saat sonra Şahbaz Qasımovla əlaqə saxladım. Mənə dedi ki, Əvəz Zeynallı ilə danışdım, hər şey həll olundu. Bundan başqa heç bir şey soruşmadım”.

Ç.Əmirovun sözlərinə görə, Ə.Zeynallını heç vaxt görməyib:

“Əvəz Zeynallını yalnız jurnalist kimi tanımışam. “Xural TV”də AAYDA-nın fəaliyyəti ilə bağlı narazılıqların olduğu verilişi izləmişəm. Heç vaxt şəxsi ünsiyyətim olmayıb. Əvəz Zeynallıya pul verilməsi barədə xəbəri də istintaqda öyrənmişəm.

Ç.Əmirov daha sonra Ə.Zeynallının suallarını cavablandırıb.

Ə.Zeynallının vəkili Ç.Əmirovun ifadəsinin Ş.Qasımovunku ilə eynilik təşkil etdiyini bildirib.

Ç.Əmirov isə deyib ki, Ş.Qasımovun ifadəsindən xəbəri yoxdur: “Nəyə desəniz and içərəm ki, Şahbaz Qasımovun ifadəsindən heç bir xəbərim yoxdur. Heç bura gələndə belə maraqlanmamışam. Sadəcə işdə eşidirdim ki, Ə.Zeynallı “Xural TV”də iki veriliş hazırlayıb. Həmin süjetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib”.

Ə.Zeynallı isə şahidin ifadəsindən narazılıq edib:

“Nağı İsmayılov qorxusundan buraya gəlmir. Onu aldadıblar. Bir milyonluq iş üçün ona üç yüz min manat verirlər. Bunlar yalandan iki verilişə baxıb, hekayə qurub gəliblər. Mən heç kəsdən pul almamışam, agentliyə də getməmişəm”.

Ə.Zeynallı istintaqın heç bir materialına inanmadığını açıqlayıb:

“Mən istintaqın heç bir materialına inanmıram. O giriş-çıxış tarixlərinin heç biri mənim üçün mötəbər deyil. Bunların hamısına azadlığa çıxanda qiymət verəcəyəm”.

Təqsirləndirilən şəxs E.Şükürov söz verilmədiyi halda prokurora qarşı fikir səsləndirib.

Prokuror hakimdən E.Şükürova sakit durmasını və ona xəbərdarlıq edilməsini tələb edib.

E.Şükürov isə onun səsini kimsənin ala bilməyəcəyini, özü üçün danışdığını bildirib.

Ə.Zeynallının vəkili vəsatət qaldıraraq AAYDA-nın kamera görüntülərinin açılmasını istəyib.

Hakim müşavirə keçirərək vəkilin vəsatətini qəbul edib.

Məhkəmə iclası avqustun 18-ə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Ə.Zeynallının ayrı-ayrı şəxslərə hədə-qorxu gəlməklə təkrar və külli miqdarda rüşvət almasına, habelə Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almalarına, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələrinə, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, E.Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Ə.Zeynallının səs yazısını yayaraq, onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək, onun ailəsindən 20 min manat rüşvət alıb.

Xəbər 549 dəfə oxunub.




16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +