Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.07.2022  13:59 

XİN-də ağlasığmaz təyinat - 23 yaşlı şöbə müdiri...





A+  A-

Xarici İşlər Nazirliyində yüksək vəzifəyə gözlənilməz təyinat baş verib. Nazirlikdə 1998-ci il təvəllüdlü xanım Maliyyə İdarəsində şöbə müdiri təyin edilib. Həmin şəxs ölkənin ali məktəblərindən birini bitirib, sonra isə Ədliyyə Nazirliyində və Hilton hotelində təcrübə keçib. Həmçinin, gənclərdə liderlik qabiliyyətlərinin inkişafı üzrə ixtisaslaşmış beynəlxalq QHT-nin təlimlərinə qatılıb.

Yeni şöbə müdiri bir ilə yaxındır ki, XİN-də Maliyyə idarəsində işləyir. İşə əvvəlcə məsləhətçi kimi başlayıb, sonra isə şöbə müdiri təyin edilib. Aydındır ki, gənc bir xanımın qısa zamanda maliyyə sahəsində hər hansı təcrübəyə sahiblənməsini iddia etməyin özü də əsassız olar.

Məlumdur ki, XİN ölkənin aparıcı nazirliklərindən biri, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin xarici siyasətini formalaşdıran bir qurumdur və bu sistemdə işə qəbul olunmaq digər qurumlardan fərqli olaraq, ən çətin prosedurlardan biri sayılır. Mütəxəssislər on illərlə burada can qoyurlar ki, karyera pillələri ilə yüksəlsinlər və məlum bir mövqeyə qalxsınlar.

Yeri gəlmişkən, maliyyə idarəsi də nazirliyin ən problemli strukturu olub və orada nizam-intizam yaratmaq üçün böyük güc sərf olunub. Amma məqsədə nail olunubmu? 23 yaşlı, heç bir təcrübəsi olmayan şəxsin şöbə müdiri vəzifəsinə təyin edilməsi bu suala müsbət cavab verməyə heç bir əsas yaratmır. Bu arada həmin gənc xanımın kimliyi redaksiyaya bəlli olsa da, etik səbəblərdən adını açıqlamırıq. Burada məqsəd qadının kimliyi deyil, bu vəzifəyə həyata keçirilən təyinatdır.

Prezident İlham Əliyevin kadr islahatlarının əsas istiqamətlərindən birini də gənclərin dövlət idarəçiliyinə yaxından cəlb edilməsi təşkil edir. Amma bu o demək deyil ki, dünən ali məktəbi bitirmiş, heç bir həyat yolu, iş təcrübəsi olmayan insanlar mühüm vəzifələrə təyin olunsunlar.

Belə təyinatlar uzun illərdir yüksəliş gözləyən əməkdaşları qıcıqlandırmır, həmin strukturda narazılıq yaratmır?

Əlbəttə, yaradır və bizdə olan məlumat da bunu təsdiq edir. Bəs onda niyə belə anlaşılmaz addımlara yol verilir?

Bu sual ətrafında düşünməyə dəyər.../“Qafqazinfo”

Xəbər 1100 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +