İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.05.2022  11:51 

Yol polisi radara düşdü, cəriməsi vətəndaşa yazıldı - Foto





A+  A-

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə məlumat paylaşan sürücü F.Ağalarova son vaxtlarda Bəhramtəpə yolundan istifadə etməsə də, ona cərimə yazıldığını və DYP avtomobilinin qaydaları pozmasını əks etdirən fotoların həmin protokola əlavə edildiyini bildirib. Belə ki, Hacıqabul-Horadiz yolunun İmişli rayonundan keçən hissəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə, 06:54-də radara düşüb. Bununla bağlı cərimə protokolu 99 MP 978 dövlət nömrə nişanlı avtomobilə yazılıb: “O saatda mən evdə yatırdım, ömrümdə də belə avtomobilim olmayıb. Sarı jilet isə əsla geyinməmişəm”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş nöqsan artıq aradan qaldırılıb: “Bildiyimiz kimi, həmin qayda pozuntularını elektron qaydada fəaliyyət göstərən qurğular müəyyən edirlər. Artıq sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası müvafiq qaydada silinib”.




Xəbər 1444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +