Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.05.2022  14:54 

“6 milyonu ödəməyə hazıram” - Həbsdə olan İcra başçısı





A+  A-

Külli miqdarda mənimsəmə və rüşvət ittihamı ilə həbs edilmiş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesdə V.Hacıyev sərbəst ifadə verib. O bildirib ki, mənimsəmə faktları ilə heç bir bağlılığı yoxdur. İcra Hakimiyyətlərinin rəhbərinin büdcədən ayrılan vəsaiti nəğdləşdirməsi mümkün deyildir:

“Podratçı şirkətlər mənə pul verdiklərini deyirlər. Amma ortada sübut yoxdur. Mən də durum deyim ki, onlara filan qədər pul vermişəm. Məgər bu, sübutdur?! Niyə 8 il ərzində hüquq-mühafizə orqanlarına şikayət edilməyib?! Hörmətli məhkəmə, baxmayaraq ki, ittiham aktında göstərilən məbləğləri mən mənimsəməmişəm, amma mənimsəmə mənim dövrümdə olduğu üçün mən yaxın qohumlarımın vəsaiti hesabına dövlətə dəymiş ziyanın bərpası üçün 6 milyon manat ödəməyə hazıram. Sizdən lazımi cavab gözləyirəm”.

Daha sonra sabiq başçı qanunsuz silah saxlamada ittiham olunduğu maddə üzrə danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədli şəkildə silah mağazasından alıb: “Silahın həqiqətən sənədli şəkildə alınmasına dair mağazaya sorğu verib cavab almışıq. Cavabı məhkəməyə də təqdim etmişik. Əgər onun patronlarının içindəki barıtın miqdarının bir neçə qram çox olduğunu yalnız ekspertiza müəyyən edə bilirsə, bir alıcı kimi mən hardan bilim ki, patronda nə qədər barıt var?!”.

Həmçinin oxuyun: AMEA barəsində 1 milyonluq məhkəmə iddiası qaldırıldı

Hacıyev rüşvət ittihamlarına cavab olaraq heç kimdən rüşvət almadığını deyib: “Mənim həbsimdən sonra yüzlərlə imişlili Prezidentə müraciət edərək azadlığa buraxılmağımı istəyib. Yaşımı və dəymiş ziyanı ödəmək niyyətimi nəzərə alaraq barəmdə humanist qərar çıxarmağınızı xahiş edirəm”.

Daha sonra dövlət ittihamçısı sabiq başçıya suallar verib. Prokuror soruşub ki, DTX-nin əməliyyatı zamanı V.Hacıyevin Bakıdakı mənzilindən çıxan 2,5 milyon dolları, 1 milyon avro, 55 min manat və digər valyutalarda çıxan pulların (ümumilikdə 6,3 milyon manat) mənbəyi hardandır. Vilyam Hacıyev pulların həyat yoldaşının babasından miras qaldığını və qohumlarına məxsus olduğunu bildirib.

O, digər sualları cavablandırmaq istəməyib.

Proses iyunun 4-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Xəbər 4800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +