İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.03.2022  11:17 

Oğul atasını döydü - Sumqayıtda





A+  A-

Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində atası Babəkə (adlar şərti verilib – red.) xəsarət yetirib.

XəzərNews.az Demokrat.az-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özü təqsirli bilib. O bildirib ki, atası spirtli içki aludəçisidir: “Eyni zamanda mənim özüm də mütəmadi olaraq spirtli içkilər qəbul edirəm. Ötən il dekabrın 22-də, saat 22.30-da yaşadığımız evə gəldim. Atam mənim sərxoş olduğunu gördü, məni danlamağa başladı. Bu zaman atama işimə qarışmamasını, öz həyatımı yaşadığımı dedim. Məhz bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı spirtli içkinin təsiri altında olduğumdan əsəbləşərək atamın üzünə bir dəfə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, anası mübahisəyə müdaxilə edib və onları ayırıb: “Bundan sonra çölə çıxdım və oradan getdim. Hazırda etdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Babəkin sözlərinə görə, oğlu Məmməd spirtli içki aludəçisidir və içki içdiyi zaman heç bir əsaslı səbəb olmadan evdə mübahisə yaradıb, onların ünvanına nalayiq ifadələr işlədib: “Bir valideyn kimi oğlumdan narazıyam. Oğlum valideynlərinin məsləhətlərinə qulaq asmır və valideyn kimi bizə hörmət qoymur. Hadisə günü, saat 22.30-da evdə həyat yoldaşım ilə televizora baxan zaman oğlum əlində pivə butulkası ilə içəri girdi. Bu zaman onun sərxoş vəziyyətdə olduğunu gördüm, digər otağa keçdim. Lakin digər otaqda olduğumuz zaman oğullarımın evdə səs-küy saldıqlarının eşitdim. Ona yaxınlaşdım və sakitləşdirmək istədim. Oğlum Məmməd əl zərbəsi ilə başımdan, üzümdən təpik zərbəsi ilə ombamdan vurdu. Eləcə də sağ qulağımdan dişləyərək mənə xəsarət yetirdi. Həyat yoldaşım bizi ayırdı. Bundan sonra şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət etdim”.

Zərərçəkmiş şəxs deyib ki, oğlu ilə barışıb, ondan şikayəti yoxdur.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.

Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Xəbər 1335 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +