Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


12.01.2022  10:44 

Sabiq deputatın kəsdiyi ağacları Leyla Əliyevanın təşkilatı nəzarətə götürdü





A+  A-

Bakının Nərimanov rayonu ərazisində eks deputat və "Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev tərəfindən kəsilən ağaclarla bağlı məsələ İDEA ictimai birliyinin də nəzarətindədir.

XəzərNews.az xəbər verir ki, bu baradə Qaynarinfo-ya açıqlamasında ağacların kəsilməsi ilə bağlı şikayət edən Abutalıb Ağayev bildirib.

Müsahibimizin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətəfindən peyk görüntüləri vasitəsi ilə 21 ağacın kəsildiyi aşkar edilsə də, əslində, kəsilən ağac sayı 37 olub.

"Nazirlik nümayəndələrinin sözügedən ərazidə normal araşdırma aparmasına Nəriman Əliyevin tapşırığı ilə işçiləri tərəfindən şərait yaradılmaması, tam əksinə işə mane olmalarına görə ağacların kötükləri qazılaraq müəyyən edilə bilməyib. Belə olduğu halda nazirlik əməkdaşları peyk görüntülərindən istifadə etmək məcburiyyətində qalıblar. Nəticədə kəsilən ağac sayının tam dəqiqləşməsi mümkün olmayıb”.



Şikayətçi bildirib ki, 37 ağacın kəsilməsi ilə bağlı bir sıra orqanlara yazılı şikayət ünvanlanıb, bunlardan biri də 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış, son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində danılmaz rolu olan IDEA (International Dialogue for Environmental Action - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyidir.



"İctimai Təşkilat şikayətimə məktubla cavab verərək bildirib ki, bu fakt onlar tərəfdən nəzarətə götürülüb və bununla bağlı aidiyyatlı orqanlarla, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə əlaqə saxlanılıb. Xidmət bu faktın artıq aktlaşdırıldığını və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyini təşkilatın nəzərinə çatdırıb”, - deyə Abutalıb Ağayev bildirib.

Şikayətçi son olaraq deyib ki, İDEA ictimai birliynin əməkdaşı Lalə Qaradağlı tərəfindən ona göndərilən məktubda təbiətimizin qorunması səylərinə görə təşkilat adından ona minnətdarlıq bildirilib.

Xəbər 988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +