Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.10.2021  10:43 

Kasperskydən xəbərdarlıq: naməlum tətbiqlərə “yox” deyin





A+  A-

Kaspersky naməlum tətbiqlərin quraşdırılmasının Android əməliyyat sisteminin müxtəlif versiyalarında necə çalışması və nəyə görə bu funksiyadan istifadə etməmək barədə məlumat yayıb.

XəzərNews-a daxil olan məlumatda bildirilir ki, Android istifadəçiləri tətbiqləri daha çox Google Play-dən yükləyirlər. Bu da çox ağlabatandır. Rəsmi mağazanın tətbiq müəlliflərindən yerinə yetirilməsini tələb etdiyi təhlükəsizlik qaydaları var. Tətbiq “çeşidinə” həm mağazanın özü, həm şikayət və aşağı qiymətləndirmə təqdim edən istifadəçilər, həm də təhlükəsizlik tədqiqatçıları nəzarət edirlər – hətta zərərli proqram bir yol tapıb Google Play-ə daxil olsa belə, o, tez bir şəkildə aşkarlanıb silinir.

“Bu, istifadəçilər üçün bir tərəfdən faydalıdır: əgər mağazada uyğun heç nə yoxdursa, lazımi funksiya dəstinə malik tətbiq tapmaq olar. Digər tərəfdən isə böyük sərbəstlik “yolu azmaq” və virusa ilişmək riskini artırır, axı Google Play-dən kənarda keyfiyyət və təhlükəsizlik elə də ciddi nəzarət altında deyil (əksər hallarda isə ümumiyyətlə nəzarətdə deyil). Arzu olunan proqramla birgə, hətta onun əvəzinə belə, cihaza şəxsi məlumatlar və ya bank hesabından pul oğurlaya bilən təhlükəli tətbiqlər yüklənə bilər. Bəzən isə heç onları yükləmək lazım gəlmir: əgər cihazda naməlum mənbələrdən yükləmə funksiyası aktivdirsə, bəzi ziyanlverici proqramlar smartfona gizlicə daxil ola bilirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Android-in müasir versiyalarında bu funksiya naməlum tətbiqlərin yükləməsi adlanır və hər bir tətbiq üçün ayrılıqda aktivləşdirilir. Android-in səkkizinci versiyasına qədər onun adı naməlum mənbələrdən yükləmə idi, icazə və ya qadağa üçün isə təhlükəsizlik menyusundakı yeganə yandır/söndür düyməsi təqdim olunurdu.

İlk baxışdan bu funksiyanı idarə etmək köhnə versiyalarda daha rahatdır, amma təhlükəsizlik baxımından hər şey elə də aydın olmur. Əgər naməlum tətbiqlərin yüklənməsinə təsadüfi olaraq icazə versəniz, zərərli faylı təkcə hər hansı bir tətbiq yox, ümumiyyətlə istənilən tətbiq, o cümlədən, sonradan quraşdıracaqlarınızda yükləyə bilər.
Əgər lazımi tətbiq rəsmi mağazada yoxdursa, amma onu yükləmək hələ də vacibdirsə, nə etməli? Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

• Analoqlar axtarmaq – rəsmi mağazada oxşar proqramları bir daha nəzərdən keçirin. Bəlkə Google Play-də sizin istəyinizə uyğun bir tətbiq var?

• Yükləmədən öncə faylı yoxlamaq–kənar mənbə cihazdan razılıq almırsa, tənzimləmələri dəyişməyə tələsməyin. Hər şeydən öncə quraşdırma faylını yükləyin və onu işə salmadan öncəmobil antivirusla yoxlayın.

• İcazələrə baxmaq – yükləmə zamanı tətbiqin soruşduğu icazə siyahısını diqqətlə nəzərdən keçirin. Əgər proqram şübhə oyadacaq dərəcədə çox icazə istəyirsə, daha az “arzusu” olan alternativ axtarmağı sınayın. Android-dəki icazələrin hansının və niyə zərərli ola biləcəyi barədə burada ətraflı danışmışıq.

• Naməlum mənbələrdən yükləməni deaktiv etmək – quraşdırmadan sonra orijinal tənzimləmələri geri qaytarmağı unutmayın. Telefonunuzu ziyankar proqramlar üçün açıq saxlamayın!


Xəbər 1365 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +